Donald Tusk: Rusiyanın kölgə donanması Aİ səviyyəsində zərərsizləşdirilməlidir...

Rusiya neftini qanunsuz daşıyan Baltik dənizindəki "kölgə donanması"nın fəaliyyəti Avropa Komissiyası səviyyəsində müdaxilə sayəsində dayandırılmalıdır...

Poliqon xəbər verir ki, bunu bazar ertəsi Varşavada Danimarkanın baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında Polşanın baş naziri Donald Tusk deyib.

"Bunlar köhnə, paslanmış gəmilərdir. Mən isə baş nazirə (Frederiksen-red.) dəstək olmaq üçün əlimdən gələni edəcəyəm ki, Avropa Komissiyası bu donanmanı saxlasın. Bu, Baltik dənizində ekoloji təhlükəsizliyi təhdid edən faktiki qeyri-qanuni daşınma (neft-red.) donanmasının fəaliyyətini dayandırmaq üçün Avropanın qərarı olmalıdır", deyə Tusk vurğulayıb.

O əlavə edib ki, Varşava Kopenhageni bu problemlə tək qoymayacaq.

Öz növbəsində Danimarkanın baş naziri vurğulayıb ki, həm ölkəsi, həm də Polşa Rusiyanın bu gəmilərindən xilas olmaq istəyir və onların Rusiya bayrağı altında üzüb-üzməməsinin heç bir əhəmiyyəti yoxdur, çünki bunlar yalnız texniki məsələlərdir.

Onun fikrincə, yaxşı həll yolu Avropa Komissiyası səviyyəsində Avropa İttifaqına üzv ölkələr üçün bu donanmaya mümkün reaksiya ilə bağlı tövsiyələrin hazırlanması olardı. Baş nazir əlavə edib ki, məsələ bundan sonra da müzakirə olunacaq.

İsveç kütləvi informasiya vasitələrinin daha əvvəl bildirdiyi kimi, Kipr bayrağı altında "Zirkon" gəmisi uzun müddətdir İsveçin Qotland adasının yaxınlığında lövbər salıb. Görünür, Rusiyanın "kölgə donanması" tərəfindən Baltik dənizində yanacaq doldurulur. Rusiya Federasiyasından qeyri-qanuni olaraq üçüncü ölkələrə neft nəql edir. Bu gəmi Rusiya Federasiyasının "kölgə donanması" üçün yanacaqdoldurma məntəqəsi rolunu oynayır. Bir qayda olaraq, "kölgə donanması"na sığortası olmayan və naməlum sahiblərə məxsus köhnə gəmilər daxildir. Söhbət Rusiya neftini daşıyan ən azı 100 gəmidən gedir.

Poliqon.info