Bayden impiçmentlə bağlı ifadə verməkdən imtina edib

ABŞ prezidenti Co Bayden impiçmentlə bağlı Konqresdə ifadə verməkdən imtina edib...

ABŞ Adminstrasiyası Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komeri xəbərdar edib ki, prezident Co Bayden impiçment araşdırması çərçivəsində ifadə verməyəcək.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Baydenin xüsusi müşaviri Riçard Sauber Komitə sədrinə sədrə məktubunda qeyd edib ki, impiçment araşdırması artıq başa çatıb, ona görə də dövlət başçısı ifadə vermək üçün dəvəti qəbul etmir.

Məktubunda Sauber prezidentin heç bir səhv etmədiyini vurğulayıb və Komeri “yalan və əsassız iddilar irəli sürməkdə” ittiham etdi.

Qeyd edək ki, mart ayında Bayden, Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ailəsinin biznes sövdələşmələri ilə bağlı ifadə verməyə dəvət edilib. İstintaq Baydenin vitse-prezidentliyi dövründəki hərəkətləri ilə oğlu Hanter Baydenin biznes əlaqələri arasında əlaqənin olub-olmadığını anlamağa çalışır.

Poliqon.info