İran İsraili “daha bir səhvə” qarşı xəbərdar edib

Xarici işlər nazirinin müavini: İsrailin hücumu halında İran saniyələr ərzində cavab verəcək...

İran xarici işlər nazirinin müavini Əli Baqiri Kani bildirib ki, İsrailin yeni hücumu halında Tehran saniyələr ərzində cavab verəcək.

Poliqon xəbər verir ki, bu barədə IRNA Agentliyi məlumat yayıb.

“Əgər İsrail İran torpaqlarına toxunmağa cəhd etsə, əvvəlki zərbə ilə müqayisədə xeyli güclü zərbə alacaq”, deyə Kani qeyd edib.

Qeyd edək ki, ABŞ özəl olaraq İsrailə İrana qarşı cavab tədbirləri görsə, bunu tək başına edəcəyi barədə mesaj verib.

Gözlənilir ki, İsrailin yaxın günlərdə İran ordusuna və İrandan kənarda Tehranın dəstəklədiyi qüvvələrə zərbələr endirəcək.

Poliqon.info