Türkiyə HƏMAS ilə danışıqlar aparır və Qəzzada sülh üçün səylərini davam etdirir

Türkiyə bu məqsədlə Qəzza zolağında nizamlanmaya nail olmaq üçün səylərini gücləndirir...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti yazır. Nəşrin yazdığına görə xarici işlər naziri Hakan Fidan çərşənbə axşamı Qətərin səlahiyyətliləri və radikal Fələstin hərəkatının HƏMAS rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir. Digər tərəfdən isə Ankara İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Qəzza üzrə Təmas Qrupunun fəaliyyətini canlandırmağa şalışır.

Qəzet yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Qətər Şeyxi Təmim bin Həməd Al Tani ilə telefon danışığında İslam dünyasının İsraili cilovlamaq üçün səylərini gücləndirməyin zəruriliyindən danışıb.

“İsrailin baş naziri Benyamin Netanyahu bizə Qəzzə və böhranın kəskinləşməsini necə unutdurmağa çalışsa da, hər kəs problemin mahiyyətini bilir. İsraili dayandırmaq əsas məsələyə çevrilib. İsrail və Qəzza probleminə qayıtmaqla şərq, qərb, regional oyunçuların ümumi səyləri ilə həyata keçirilə bilər”, deyə Türkiyənin hökumətyönlü nəşri yazır.

Nəşr qeyd edir ki, Qərb ölkələri “İsrailin arxasında dursalar da, İrana qarşı cavab zərbəsindən qorxurlar, buna görə də narahatlıqlarını Türkiyəyə bildirirlər.

Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı daha əvvəl adının açıqlanmasını istəməyən bir amerikalı rəsmiyə istinadən xəbər vermişdi ki, İsrail hərbi cavab olaraq İranın dərinliklərindəki hədəfləri vura bilər. Telekanalın mənbəsinin sözlərinə görə, İranın hücumuna İsrailin potensial cavabı gərginliyi artırmaq yox, daha çox hərbi imkanlarını nümayiş etdirmək məqsədi daşıya bilər.

Poliqon.info