ABŞ İsrailə İrana cavab hücumunda kömək etməyəcək

Ağ Ev İsrailə xəbərdarlıq edib ki, İrana cavab hücumunda kömək etməyəcək...

Poliqon xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən birinin sözlərinə görə, Pentaqonun rəhbəri Lloyd Ostin aprelin 14-də İsrailin müdafiə naziri Yoav Gallanta özəl söhbətində bu barədə danışıb.

Ağ Evin yüksək rütbəli rəsmisi ABC-yə bildirib ki, Bayden adminstrasiyası İsrailin özünü müdafiə etmək imkanı olduğuna inanır. İsrailin İrana zərbə endirməsinə kömək etməsi ilə bağlı suala rəsmi belə cavab verib: “Biz buna nəyin qarışacağını təsəvvür edə bilmərik”.

Aprelin 14-nə keçən gecə İran ABŞ və Böyük Britaniyanın köməyi ilə vurulan yüzlərlə pilotsuz təyyarə və raketlə İsrail ərazisinə hücum edib. Zərbə İsrailin aprelin 1-də Dəməşqdəki İslam Respublikasının konsulluğuna hücumuna cavab olaraq həyata keçirilib.

Bir gün əvvəl İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi İranın İsrail ərazisinə hücumundan sonra müvafiq cavab veriləcəyini bildirmişdi. İsrail mediası İrana hücumun aprelin 14-ü və ya 15-də həyata keçirilməsinin planlaşdırıldığını, lakin ABŞ-ın münaqişənin genişlənməsinin qarşısını almaq və problemi diplomatik yolla həll etmək çağırışı səbəbindən qərarın ləğv edildiyini yazıb.

CNN-in məlumatına görə, İsrail hökuməti İranın hərbi obyektinə itki verməyəcək bir zərbə endirməyi düşünür. WP-nin yazdığına görə, İsrailin Baş naziri Benyamin Netanyahu orduya İrana “siqnal göndərəcək” hədəfləri seçməyi tapşırıb. Qəzetin yazdığına görə, variantlar arasında kiberhücum da nəzərdən keçirilir.

Poliqon.info