Olaf Şolts Pekində Si Tsinpinlə görüşüb

Çin prezidenti Si Tsinpin və Almaniya kansleri Olaf Şolts Pekindəki Diaoyutai dövlət iqamətgahında görüşüblər...

Poliqon xəbər verir ki. bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Qeyd edilir ki, Almaniya kansleri Çinə üç günlük işgüzar səfərə gəlib.

“Biz ikitərəfli münasibətlərin hərtərəfli inkişafını strateji nöqteyi-nəzərdən və uzunmüddətli perspektivdə nəzərdən keçirməliyik”, deyə Si alman həmkarı ilə görüş zamanı deyib.

WSJ qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, danışıqlar zamanı Olaf Şolts Si Tsinpini Rusiyaya iqtisadi dəstəyi azaltmağa inandırmaq və Rusiya hakimiyyətinə Ukrayna üçün məqbul şərtlərlə sülh danışıqlarında iştirak etmək üçün təzyiq göstərmək niyyətindədir.

Qeyd edək ki, Olaf Şolts aprelin 14-də Çinə gəlib. Səfərdə onu ətraf mühit, kənd təsərrüfatı və nəqliyyatdan məsul olan üç nazir, həmçinin BASF, Mercedes-Benz və BMW kimi alman şirkətlərinin onlarla top meneceri müşayiət edir.

Poliqon.info