İran dövlət TV-su İsrailə uğurlu hücumun sübutu kimi Çilidəki yanğınları göstərib

İran dövlət televiziyası İsrailə "uğurlu hücum"un sübutu kimi Çilidəki meşə yanğınlarını göstərib...

Poliqon "Bild"ə istinadən xəbər verir ki, İranın dövlət mediası ümidsiz şəkildə ölkə vətəndaşlarını İsrailə hücumun son dərəcə uğurlu olduğuna inandırmağa çalışır.

Belə ki, İranın dövlət televiziya şirkəti IRINN İsrail istiqamətində atılan raketlər barədə məlumat verərək alovlu atəşin görüntülərini nümayiş etdirib. Lakin məlum olub ki, bunlar İranın pilotsuz təyyarələrinin zərbələrinin nəticələri deyil, Çilidəki meşə yanğınlarının köhnə videosu olub.

Eyni zamanda, məşhur amerikalı blogger (iki milyondan çox abunəçisi var) və sui-qəsd nəzəriyyəçisi Cekson Hinkl İranın raket hücumu zamanı İsraildə çaxnaşma nümayiş etdirən video paylaşıb. Lakin BBC jurnalistləri müəyyən ediblər ki, əslində video Bunos-Ayresdəki Four Seasons Hotel yaxınlığında britaniyalı pop musiqiçisi Lui Tomlinsonun pərəstişkarlarına məxsusdur.

Şənbə günü gecə İran İsrail istiqamətində ümumilikdə 300-dən çox raket və pilotsuz uçan aparat atıb, lakin İsrailin rəsmi məlumatlarına görə, 99%-i hava hücumundan müdafiə sistemləri ilə vurulub.

Poliqon.info