Litva vətəndaşlarının əksəriyyəti Rusiyanı təhdid olaraq görür

Litva vətəndaşlarının əksəriyyəti Rusiyanı milli təhlükəsizlik üçün təhdid olaraq qəbul edir...

Poliqon xəbər verir ki, bunu LRT kanalının sifarişi ilə keçirilən sorğunun nəticəsi göstərib. Sorğuda iştirak edən Litva vətəndaşlarının əksəriyyəti hesab edir ki, Rusiya Litvanın üçün milli təhlükəsizliyi üçün təhdiddir.

Araşdırmaya görə, respondentlərin 70%-i Rusiyanın milli təhlükəsizliyə real təhlükə yaratdığını bildirib. Onların 29%-i “mütləq bəli”, 41%-i isə “daha çox bəli” cavabını verib.

Sorğu iştirakçılarının dörddə biri bildirib ki, onlar Moskvanı təhlükə hesab etmirlər. Digər 19% suala cavab verməkdə çətinlik çəkib və ya cavab vermək istəməyib.

Sorğu 15-25 mart tarixlərində keçirilib və 1115 respondenti əhatə edib.

Qeyd edək ki, bundan əvvəl “İpsos” Sosial Tədqiqat Mərkəzi tərəfindən aparılan sosioloji sorğu göstərib ki, Polşa sakinlərinin 40%-dən çoxu Rusiyanın yaxın bir neçə il ərzində öz dövlətlərinə “hücum”unu real hesab etmir. Eyni zamanda respondentlərin 12%-i hesab edir ki, “hücum” baş verə bilər.

Poliqon.info