Makron İsrailə hücuma görə İrana təzyiqi artırmağa çağırıb

Fransa prezidentinin sözlərinə görə, İranı təcrid etmək və sanksiyaları gücləndirmək lazımdır...

Poliqon xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron BFMTV telekanalında İranın İsrailə hücumuna görə Tehrana təzyiqi artırmağa çağırıb. Makron qeyd edib ki, Paris “hamını narahat edən” münaqişənin gərginləşməsindən qaçmaq istəyir.

Fransa prezidenti həmçinin əlavə edib ki, Paris İordaniyanın tələbi ilə İranın raketlərini vurmağa kömək edib.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, İrandan İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atılıb.

Poliqon.info