Bakıda maşın qaçırılıb

Bakıda maşın qaçırılıb...

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, Yasamal rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə 29-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Orxan Dadaşov avtomobillə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info