İsrail kütləvi etirazlara qoyulan qadağanı ləğv edib

İsrail İranın hücumu zamanı tətbiq etdiyi məhdudiyyətləri ləğv edib...

Poliqon xəbər verir ki. bu barədə İsrail ordusunun Telegram kanalında bildirilib. Mesajda həmşinin deyilir ki, bütün ölkədə təhsil fəaliyyəti bərpa edilib. Mindən çox insanın iştirakı ilə toplantıların keçirilməsinə qoyulan qadağa da aradan qaldırılıb.

Şimal sərhədindəki ərazilərdə və Qəzza zolağının yaxınlığındakı icmalarda təhsil fəaliyyətləri aprelin 13-dək qüvvədə olan məhdudiyyətlərlə bərpa olunacaq. Yaşıl zonalarda toplaşmaq qadağası isə aradan qaldırılıb.

Qeyd edək ki, İrandan gələn hücum təhlükəsi fonunda məhdudiyyətlər aprelin 13-ü saat 23:00-dan tətbiq edilib. Aprelin 14-nə keçən gecə İsrail ərazisinə 300-dən çox pilotsuz təyyarə və raket buraxılıb. İran bunu Dəməşqdəki konsulluğuna hücuma cavab adlandırıb.

Poliqon.info