İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşaq ölməyib - Yenilənib

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub...

İranın İsrail ərazisinə hücumu nəticəsində 7 yaşlı uşağın ölümü ilə bağlı məlumat düzgün deyil.

“Report” xəbər verir ki, bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin məlumat verib.

“Biz məlumatı dəqiqləşdirmişik. Uşaq ölməyib, hazırda vəziyyəti ağırdır”, - diplomat bildirib.

***

“Report” xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin “TASS”a açıqlamasında deyib.

“Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib”, - deyə diplomat qeyd edib.

Səfir aydınlıq gətirib ki, hava zərbələri ölkənin cənubundakı İsrail Hərbi Hava Qüvvələri bazasına cüzi ziyan vurub.

Poliqon.info