Azərbaycanda 60 yaşdan sonra evlənənlər: Yaşlı xanımlar özlərindən gənc olanları bəyənirlər
Modern.az saytının bununla bağlı Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda maraqlı rəqəmlər var.
Statistikaya görə, 2022-ci ildə yaşı 60-dan yuxarı olan 1 100-dən çox vətəndaş rəsmi nikaha girib. Həmin ildə 60 və daha yuxarı yaşda olan bəylərin sayı 838, gəlinlərin sayı 306 nəfər olub.
Maraqlıdır ki, 60-dan çox yaşı olan iki bəy 20-24 yaşlı xanımlarla nikah bağlayıb.
Yaşı 60-dan yuxarı olan bir kişi 25 yaşlı xanımla, altı kişi isə 30-34 yaşlı xanımlarla evlənib.
60 yaşı geridə qoyan 25 kişinin evləndiyi xanımlar isə 25-39 yaşlarında olub.Qadınlarla bağlı da statistika maraqlıdır.
Belə ki, yaşı 60-dan yuxarı olan bir qadın 30 yaşında kişiyə ərə gedib.
60-dan çox yaşı olan başqa bir qadın 35 yaşlı kişiyə ərə gedib, üç belə yaşlı qadın isə 40-44 yaşlı kişilərlə nikaha girib.
Yaşı 60-ı ötən 11 qadının nikaha girdiyi kişilər özlərindən xeyli cavan olub.
Yaşı 60-ı keçən 266 qadın isə həmyaşıdları olan kişilərə ərə gedib.
Poliqon.info