Göygöldə 36 yaşlı qadının meyiti tapılıb

Göygöldə rayon sakininin meyiti tapılıb...    

APA-nın məlumatına görə, hadisə Göygöl şəhərinin Dilqəm Verdiyev küçəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Könül Qədimovanın meyiti yaşadığı evin qarşısında aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Məlumata görə, K.Qədimova şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info