Britaniya hökuməti rusların Paris Olimpiadasında iştirakını dəstəkləyib

Böyük Britaniya hökuməti bu yay Parisdə keçiriləcək Olimpiadada Rusiya və Belarus idmançılarının iştirakını dəstəkləyib...

Poliqon xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.

Böyük Britaniya hökuməti Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rusların iştirakını dəstəkləyən məktub göndərib. Böyük Britaniya şərtlərə uyğun olaraq rusların və belarusların neytral statusda yarışlarda iştirakını dəstəkləyir.

2022-ci il fevralın sonunda BOK beynəlxalq idman federasiyalarına müraciət edib və onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.

BOK bildirib ki, Oyunlarda iştirak etmək üçün Rusiya idmançılarından Olimpiya Xartiyasına, o cümlədən Olimpiya hərəkatının dinc missiyasına hörmət etmək öhdəliyini özündə əks etdirən yenilənmiş iştirak şərtlərini imzalamaları tələb olunacaq. Medal hesabında Rusiya və Belarus idmançıları mübarizə aparmayacaq.

Poliqon.info