Abşeronda iki maşın toqquşub: Xəsarət alanlar var - Foto

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib...

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Saray qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

“Ford” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Hadisənin səbəbi araşdırılır.

Poliqon.info