Qaqauziya rəhbəri yenidən Moskvaya yeni səfər edib

Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Moskvaya işgüzar səfərə gəlib...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi məlumat yayıb.

“Qutsul Moskvada işgüzar səfərdədir”, deyə nəşr öz müxbirinə istinadən bildirib.

Qeyd edək ki, mrtın 7-də Qutsul Rusiyada işgüzar səfərdə olub. Səfərdən sonra Qutsul öz Telegram kanalında Rusiya prezidenti Vladimir Putini seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib. Qutsul Qaqauziyaya göstərdiyi diqqətə görə Rusiya rəhbərinə təşəkkür edib.

Qeyd edək ki, ötən həftə Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Moldovanın Avropa İttifaqına qoşulacağı təqdirdə təmsil etdiyi ərazinin müstəqilliyinin elan ediləcyini bildirib. Qutsulun bu davranışları isə Moskba tərəfindən açıq dəstəklənir.

Poliqon.info