Kemeron Trampı Ukraynaya kömək etməyə inandırmaq niyyətindədir

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron prezidentliyə namizəd Donald Tramp, eləcə də digər Amerika siyasətçiləri ilə görüşərək onları Ukraynaya maliyyə ayırmağa inandırmaq niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə The Sun qəzeti məlumat yayıb. Nəşr yazır ki, Britaniyalı nazir ABŞ-a diplomatik səfəri çərçivəsində amerikalıları Kiyevi dəstəkləmək üçün “baxışlarını dəyişməyə” çağırmaq niyyətindədir.

Qeyd edilir ki, Kemeron 2021-ci ildə vəzifəsini tərk etdikdən sonra Trampla görüşən Britaniya hökumətinin ilk yüksək vəzifəli üzvü olacaq.

“Nazirlərin gündəlik beynəlxalq fəaliyyətlərinin bir hissəsi olaraq müxalifət namizədləri ilə görüşməsi standart təcrübədir” deyə Britaniya Xarici İşlər Nazirliyi məqsədini izah edib.

Eyni zamanda jurnalistlər Donald Trampın Devid Kemeronun keçmiş şərhləri ilə bağlı məsələ qaldıracağı təqdirdə bu görüşün yöndəmsiz keçə biləcəyinə diqqət çəkiblər. Belə ki, 2016-cı ildə hələ də Baş nazir vəzifəsində olarkən Kemeron Trampı “axmaq və nifaq salan adam” adlandırıb. Sonra memuarında isə Kemeron Trampı “proteksionizmdə, ksenofobiyada və qadın düşkünlüyündə” ittiham edib.

Trampla yanaşı, Böyük Britaniyanın xarici işlər naziri Vaşinqtona səfər çərçivəsinə Respublikaçılar Partiyasının yüksək vəzifəli nümayəndələri, Konqres üzvləri, eləcə də dövlət katibi Entoni Blinkenlə görüşəcək.

Poliqon.info