İsrail HƏMAS-ın Fövqəladə Hallar Bürosunun rəhbərini öldürüb

İsrail ordusu Qəzza zolağının mərkəzində HƏMAS-ın fövqəladə hallar bürosunun rəhbərini öldürüb...

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Qəzza zolağının mərkəzi hissəsində Fələstinin radikal HƏMAS hərəkatının fövqəladə hallar bürosunun rəhbərini hava zərbəsi nəticəsində öldürüb.

Poliqon xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Telegram kanalında yayılan bəyanatda deyilir. Bəyanatda qeyd olunur ki, zərbə aprelin 9-na keçən gecə İDF kəşfiyyatının göstərişi ilə həyata keçirilib.

Qeyd edək ki, bir gün əvvəl İDF şiə “Hizbullah” hərəkatının “Radvan” təxribat qrupunun komandirlərindən biri Əli Əhməd Hasinin öldürdüyünü xəbər vermişdi.

Poliqon.info