Xankəndidə silah-sursat aşkarlanıb    

Həftəsonu Xankəndi şəhərində 12 silah aşkarlanıb...

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 8-də Xankəndi şəhəri ərazisindən yeddi avtomat silahı, bir pulemyot, üç tüfəng, yeddi qumbara, 68 patron darağı, 1 840 ədəd müxtəlif çaplı patron, 11 ədəd süngü bıçaq, bir ədəd rabitə qurğusu və digər sursat aşkar olunaraq götürülüb.

Poliqon.info