Bakıda yolu keçən gənc qızı motosiklet vurub

Bakının Sabunçu rayonunda 21 yaşlı qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb...    

“Report” xəbər verir ki, 2003-cü il təvəllüdlü Gülər Asif qızı Məmmədova yolu keçərkən motosiklet onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info