Sumqayıtda mənzildən kişi meyiti tapılıb

Sumqayıt şəhərində 68 yaşlı kişinin meyiti tapılıb...    

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1956-cı il təvəllüdlü İsmayıl Mayis oğlu Nəcəfovun meyiti yaşadığı evdə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info