Rusiya Ukraynaya verilmiş bir neçə “Patriot” sistemini məhv edib

Rusiya Ukraynaya təhvil verilmiş bir neçə “Patriot” hava hücumundan müdafiə sistemini sıradan çıxarıb...

Poliqon xəbər verir ki, bu The Economist nəşri mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, Rusiya qoşunları şəhərləri, xüsusən Xarkovu qorumaq üçün Ukraynaya verilən “Patriot” zenit-raket komplekslərini məhv edib.

Xəbərdə qeyd edilir ki, martın 22 və 29-da atəşə tutulması nəticəsində Xarkovun enerji infrastrukturuna ciddi ziyan dəyib. Şəhərin meri İqor Terexovun sözlərinə görə, martın 22-nə keçən gecə baş verən hücum hərbi münaqişə başlayandan bəri ən böyük hücum olub.

Qeyd edək ki, aprelin 1-də Xarkovun meri İqor Terexov bildirib ki, şəhərdə demək olar ki, bütün kritik enerji infrastrukturu dağıdılıb. Zədələnmiş obyektlərin bərpası üçün ən azı 10 milyard dollar tələb olunacaq.

Aprelin 3-də Terexov yenidən bildirib ki, şəhər rəhbərliyinin yerli sakinlərin təxliyyəsi ilə bağlı planı var, amma indi buna ehtiyac yoxdur.

Poliqon.info