Tramp “yaxşı” ölkələrdən miqrant axınının olmamasından təəssüflənir...

Donald Tramp “yaxşı” ölkələrdən miqrantların ABŞ-a gəlməməsindən təəssüfləndiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Donald Tramp miqrantların mənşə ölkələri ilə bağlı sərt fikirlərini açıqlayıb və “yaxşı” adlandırdığı ölkələrin vətəndaşlarının ABŞ-a köçməməsindən təəssüfləndiyini bildirib.

Eks-prezident Danimarka, İsveçrə və Norveç kimi dövlətləri “yaxşı” ölkələr hesab etdiyini bildirib və əlavə edib ki, miqrantlar ABŞ-a “sadəcə inanılmaz yerlərdən və ölkələrdən, fəlakət olan ölkələrdən” gəlirlər.

Çıxışında ABŞ-ın keçmiş lideri 2018-ci ildə verdiyi bəyanatları xatırladıb və Haiti, miqrantların gəldiyi digər Afrika ölkələri haqqında mənfi fikirlər səsləndirib. Tramp bu dövlətləri “çuxur” adlandırıb.

Poliqon.info