Ankara: Tacikistan vətəndaşları üçün viza rejimi müvəqqəti tətbiq edilib...

Tacikistan vətəndaşlarından Türkiyə ərazisindən tranzit keçmək üçün viza tələb olunmayacaq...

Türkiyəyə səfər etmək istəyən Tacikistan vətəndaşları üçün viza rejiminin tətbiqi müvəqqəti tədbir kimi tətbiq edilir.

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin Düşənbədəki səfirliyi məlumat yayıb.

Bəyanatda qeyd edilir ki, aprelin 20-dən Tacikistan vətəndaşlarına vizalar verilməyə başlayacaq. Bu tarixə qədər onların Türkiyəyə vizasız səfərinə icazə veriləcək. Türkiyədən tranzit kimi istifadə edənlərin də vizaya ehtiyacı olmayacaq.

Xatırladaq ki, aprelin 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fərmanla Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib. İki ölkə arasında izasız rejim 2021-ci ildən qüvvədə olub. Bu qərarın səbəbləri rəsmi olaraq açıqlanmayıb.

Aprelin 6-da Tacikistan “güzgü” tədbirlər görə biləcəyini açıqlayıb. Taciksitan Xarici İşlər Nazirliyi iddia edir ki, Ankara beynəlxalq təcrübəyə əsaslanaraq qərarını əvvəlcədən elan etməyib.

Poliqn.info