Türkiyə bu ölkə vətəndaşlarına vizasız rejimi ləğv etdi    

Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib...

Poliqon qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

"Tacikistanın mülki pasport sahiblərinin Türkiyəyə səfəri üçün vizasız rejimin ləğvi qərara alınıb", - qərarda bildirilib.

Qeyd edək ki,  Tacikistan vətəndaşları Rusiyanın "Crocus City Hall" əyləncə mərkəzindəki terroru törətməkdə ittiham olunurlar.

Poliqon.info