Faktiki hava açıqlanıb

Aprelin 6-sı saat 16:00-a olan faktiki hava açıqlanıb...

Milli Hidrometeorologiya Xidmətindən Poliqon-a verilən xəbərə görə, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Quba, Xaçmaz, Xaltan, Mingəçevir, Yevlaxda yağış, Ləzə (Qusar), Xınalıq, Qrız, Şahdağda qar yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17 dərəcəyədək, Naxçıvan MR-da 20 dərəcəyədək, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

Poliqon.info