Paşinyanın komandasının xəyal qırıqlığı...

Hakim “Mülki Müqavilə” partiyasının üzvləri dünən Brüssel görüşünün nəticələrindən şoka düşüblər...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Qəzet yazır ki, Ermənistan hakimiyyəti ABŞ və Aİ-dən milyardlarla dollar maliyyə yardımı gözləyirmişlər, lakin Brüsseldə Paşinyana sadəcə növbəti 4 il ərzində qrant şəklində cəmi 350 milyon avro dəstək vəd ediblər.

Nəşr yazır ki, kakim partiyanın üzvləri təşviş içindədirlər. Çünki Qərb onların fədakarlığını qiymətləndirməyib. Bir neçə aydır ki, Paşinyan və komandası Rusiyanı 7/24 tənqid edir və onlar 44 günlük müharibədən başlayaraq Qarabağın itirilməsi ilə başa çatan Ermənistanın bütün günahlarını özlərinin strateji müttəfiqinin üzərinə yıxıblar. Halbuki Ermənistan hakimiyyəti bütün təhlükələrə göz yummağa, KTMT-dən çıxıb Avropanın qucağına tələsməyə hazır idilər.

Hakim komandadakı mənbə qəzetə bildirib ki, Paşinyanın komandası dünən hökumət dairələrində bir-birlərinə təsəlli veriblər ki, Paşinyan ABŞ və Aİ ilə açıq-aşkar danışmadıqları gizli sazişlər imzalaya bilər. “Hraparak” qeyd edir ki, hökümət üzvləri və deputatlar ürəklərində Paşinyanın qayıtmasını, onlarla görüşüb təfərrüatları öyrənərək məyusluqlarını dağılmasını gözləyirlər.

Poliqon.info