Orskda su anbarı bəndinin dağılması nəticəsində insanlar ölüb

Orenburq vilayətinin Orsk şəhərində su anbarı bəndinin sıradan çıxması nəticəsində azı iki nəfər ölüb...

Poliqon xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, daşqından xilas olmaq istəyən bir nəfər damın üzərinə çıxaraq yıxılıb və ölüb. Başqa bir bir meyit isə Orconikidze küçəsindəki evlərdən birinin həyətində tapılıb.

Hazırda xilasedicilər üçüncü qurbanla bağlı məlumatları yoxlayır.

Qeyd edək ki, aprelin 5-də axşam saatlarında Orenburq vilayətinin Orsk şəhərində bir anda iki yerdə su anbarının bənd uçub. Yerli sakinlərin dediyinə görə, bənddə bir neçə gün sızıntı olub.

Orsk şəhərinin meri Vasili Kozupitsa aprelin 6-da səhər saatlarında Ural çayında suyun səviyyəsinin kritik həddə çatdığını, 9,27 metr təşkil etdiyini bildirib. Ural çayının səviyyəsinin 7 metrdən aşağı olması normalara uyğundur.

Orsk şəhərinin “Köhnə şəhər” məhəlləsinin yarısı su altında qalıb. Merin sözlərinə görə, proqnoz əlverişsizdir və şəhərdə vəziyyət bundan sonra da pisləşəcək.

Poliqon.info