Meksikanın Ekvadordakı səfirliyinə basqın zamanı diplomatlar yaralanıb

Cənubi Amerika respublikasının polisinin diplomatik missiyaya hücumu zamanı Meksikanın Ekvadordakı səfirliyinin bir neçə diplomatı yralanıb...

Poliqon xəbər verir ki, bu barədə Meksikanın xarici işlər naziri Alisiya Barcena məlumat verib.

“Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasını və Ekvadorda Meksikalı diplomatik personalın aldığı xəsarətləri nəzərə alaraq, Meksika Ekvadorla diplomatik münasibətləri dərhal kəsdiyini elan edir”, departamentin X səhifəsində bildirib.

Qeyd edilir ki, Meksikanın Ekvadordakı diplomatik personalı dərhal ölkəni tərk edəcək.

“Meksika Beynəlxalq Ədalət Məhkəməsindən Ekvadoru beynəlxalq hüququn pozulmasına görə qınamağı xahiş edəcək”, deyə mesajda bildirilir.

Xatırladaq ki, aprelin 5-də Meksika hakimiyyəti Quitodakı Meksika səfirliyinə sığınan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasa siyasi sığınacaq verdiyini elan edib. Siyasətçi korrupsiya işində ittiham olunur. Qlas artıq 2017-ci ildən 2022-ci ilə qədər həbsxanada cəza çəkib.

Yerli vaxtla cümə günü axşam saatlarında Ekvador polisi Meksikanın Kitodakı səfirliyinə basqın edərək Qlası həbs edib.

Poliqon.info