Zelenskinin Qərbdən sərt şəkildə tələbi...

Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrinə ölkənin hava hücumundan müdafiə sistemlərini gücləndirmək tələbi ilə kəskin şəkildə müraciət edib...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung”qəzeti yazır.

Zelenki müraciətində qeyd edib ki, Avropadakı siyasətçilərin hələ də növbəti addımları barədə düşünmələri qətiyyən qəbuledilməzdir. Ukrayna prezidentinin fikrincə əslində münaqişə zonasında vəziyyəti dəyişmək üçün bir neçə radikal siyasi qərar qəbul edilməlidir.

Zelenski bildirib ki, yeni hava hücumundan müdafiə sistemləri olmazsa, döyüş bölgəsində vəziyyəti dəyişə bilər.

Poliqon.info