Ekvador Meksika səfirliyinə hücum edib və bunu suverenliyin müdafiəsi adlandırıb

Ekvador hakimiyyəti keçmiş vitse-prezidenti Xorxe Qlasın Meksika diplomatik nümayəndəliyinin binasında həbsini zəruri addım kimi dəyərləndirib...

Ekvador hakimiyyəti Meksika səfirliyinə basqın edilməsini dövlətin suverenliyini qorumaqla izah edib.

Poliqon xəbər verir ki, bu barədə Ekvador prezidenti Daniel Noboa administrasiyasının X sosial şəbəkəsində dərc edilən mesajında bildirilib. Mesajda qeyd edilir ki, Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlasın diplomatik nümayəndəliyin binasında həbsi zəruri tədbir idi.

“Biz milli suverenliyi müdafiə edirik, heç kəs cəzadan yayına bilməz. Xorxe Qlasın yerləşdiyi diplomatik nümayəndəliyə verilən toxunulmazlıq və imtiyazlardan sui-istifadə etdikdən və ona diplomatik sığınacaq verdikdən sonra onun həbsi hamı tərəfindən qəbul edilmiş qanunvericiliyə uyğun olaraq həyata keçirilib”, deyə bəyanatda deyilir.

Qeyd edək ki, Ekvadordakı səvirliyə hücumdan sonra Meksika prezidenti Andres Manuel Lopez Obrador ölkənin Xarici İşlər Nazirliyinə Ekvadorla diplomatik münasibətləri kəsməyi tapşırıb.

Poliqon.info