İngiltərədə itlər diri-diri çürüməyə başlayıb...

Böyük Britaniyada Alabama Rot V (CRGV) adlı nadir xəstəlik hallarının artması müşahidə olunur...

Poliqon xəbər verir ki, bu barədə “Naked-Science” nəşri məlumat yayıb. Nəşr yazır ki, tTəhlükəli xəstəlik itin dəri və böyrəklərindəki qan damarlarını bağlayaraq ətin çürüməsinə səbəb olur.

Xəstəliyin yeni halları Dorçesterdə (Böyük Britaniyanın cənub-qərbi) qeydə alınıb. Xəstəlik Şotlandiya, İrlandiya, Uels və İngiltərənin şimalına da yayılıb.

Xəstəliyin səbəbi hələ aydın deyil. Bir versiyaya görə, bunlar bataqlıqlarda yaşayan və ev heyvanlarının kürkünə girən bakteriyalardır. Xəstəliyin müalicəsi yoxdur.

Baytarlar ev sahiblərinə gəzintidən evə qayıdarkən itlərinin pəncələrini yaxşıca yumağı məsləhət görürlər.

Poliqon.info