Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələ şəhərində yol qəzası baş verib...

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, aprelin 5-də saat 15 radələrində Əli Fərəcov idarə etdiyi “Xəzər” markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Araz İbrahimxəlilovu vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Poliqon.info