Cəlilabad sakinini güllələyən şəxs saxlanılıb - Yenilənib

Aprelin 5-də saat 23:50 radələrində Cəlilabad rayon Mikayıllı kənd sakini C.Abdiyevin hər iki ayaq nahiyəsinin aşağı ətraflarından odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi M.Abdullayev müəyyən edilərək saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

***

Cəlilabad rayonunda güllələnmə hadisəsi baş verib.

"Report"un Muğan bürosunun ilkin məlumatına görə, hadisənin Cəfərli kəndində baş verib.

Hadisə zamanı xəsarət alan şəxs hazırda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunur.

Onun şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info