Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib

Türkiyə Tacikistan vətəndaşları üçün viza rejimini bərpa edib...

Poliqon xəbər verir ki, bu barədə fərmanı prezident Rəcəb Tayyib Ərdoğan imzalayıb. Fərmanda vizasız rejoimin ləğv edilməsinin səbəbi göstərilmir.

Türkiyənin “Resmi Gazete” qəzetində dərc olunan fərmanın mətnində deyilir: “Adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğvi qərara alınıb”.

Qeyd edək ki, “Crocus City Hall” binasında terror aktı törətməkdə ittiham olunanlardan ən azı ikisi hücumdan əvvəl İstanbula səfər edib. Reuters-in məlumatına görə, onlar bunu Rusiyada yaşamaq icazəsini yeniləmək üçün ediblər. Sputnik-Tacikistan mənbəsinin bildirdiyinə görə, terror aktını törədənlərdən biri Şəmsidin Fariduninin Türkiyədən olan tacik ekstremist təşkilatları ilə əlaqəsi olub. Mənbənin sözlərinə görə, həmin şəxs İstanbulda terror aktı törətmək üçün təlim keçib.

Poliqon.info