ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırıb

ABŞ Ermənistanı Azərbaycanla yekun razılığa gəlməyə çağırır...

Bunu Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli sammitinin yekunları üzrə dövlət ABŞ katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Brüsseldə üçtərəfli görüşünün nəticələri barədə danışarkən deyib:

“Görüş Ermənistanda aparılan islahatlara həsr olunub. Lakin biz, əlbəttə ki, İrəvanı sülh yoluna davam etməyə və Azərbaycanla yekun razılığa gəlməyə çağırdıq”, - ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması regional təhlükəsizliyi və rifahı təmin etmək üçün ən yaxşı yoldur. Xüsusilə, bu, Aralıq dənizi regionundan Mərkəzi Asiyaya yeni ticarət yolları açacaq.(oxu.az)

Poliqon.info