Fransa Ruanda soyqırımına görə üzr istəyəcək

Fransa prezidenti Emmanuel Makron ölkəsinin Ruanda soyqırımının qarşısını ala bilmədiyi üçün üzr istəyəcək...

Poliqon Politico qəzetinə istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bazar günü (7 aprel) sosial mediada yayımlanacaq videomüraciətində Makron etiraf edir ki, “Fransa Qərb və Afrika müttəfiqləri ilə birlikdə soyqırımı dayandıra bilərdi, lakin bunun üçün iradəsi olmayıb”.

Bu həftə sonu, Tutu hökumətinin göstərişi ilə 1994-cü ilin aprel-iyul aylarında Hutu silahlıları tərəfindən əksəriyyəti Tutsi etnik azlığının nümayəndələri olan təxminən 800.000 insanın öldürüldüyü Ruanda soyqırımının 30-cu ildönümüdür.

Makron Ruandanın paytaxtı Kiqalidə soyqırımın ildönümü ilə bağlı keçiriləcək mərasimə dəvət edilib, lakin tədbirə qatılmayacaq.

Mərasimdə Fransanı xarici işlər naziri Stefan Sejurne və Fransanın Dəniz İşləri üzrə Dövlət Katibi və Ruanda əsilli soyqırımından sağ çıxan Herve Bervil təmsil edəcək.

Poliqon.info