Türkmənistan və Tacikistan Xəzər sahilinə uzanan yeni marşrut yaradır

Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədov Tacikistan Prezidenti Emoməli Rəhmonla Xəzər dənizi sahilinə nəqliyyat marşrutunun yaradılması üzrə əməkdaşlığın intensivləşdirilməsi məsələlərini müzakirə edib...

Poliqon xəbər verir ki, bu barədə məlumatı Qurbanqulu Berdiməhəmmədovun Düşənbəyə səfərindən sonra rəsmi “Neytral Türkmənistan” qəzeti yayıb.

Qəzet yazır ki, danışıqlar zamanı nəqliyyat sektoru iki ölkə arasında tərəfdaşlığın prioritet vektorlarından biri kimi müəyyən edilib.

Qurbanqulu Berdiməhəmmədovun sözlərinə görə, Tacikistandan Türkmənistana, Xəzər dənizinin sahillərinə, oradan İrana və Fars körfəzi ölkələrinə, eləcə də Türkiyəyə nəqliyyat marşrutunun yaradılması üçün əməkdaşlığın intensivləşdirilməsi üçün bütün imkanlar var.

Poliqon.info