Ərdoğan hökumətdə və hakim partiyada islahatlara başlayır...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərində uduzduqdan sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) kabinetində və rəhbərliyində bir sıra dəyişikliklər edə bilər...

Poliqon xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti mənbələrə istinadən yazır.

Ərdoğan çərşənbə axşamı hakim AKP rəhbərliyi ilə görüş keçirib. Türkiyə lideri bir qədər əvvəl partiyanın yerlərdə yol verdiyi nöqsanlara görə bələdiyyə seçkilərində istədiyi nəticəni əldə edə bilmədəyini, nəticələrin təhlil ediləcəyini bildirmişdi.

"Bundan başqa, partiyanın qərargahı və Nazirlər Kabineti ilə bağlı da dəyişikliklər gecikmədən baş verməlidir. Bəzi köhnəlmiş nazir və sədr müavinlərinin dəyişdiriləcəyi gözlənilir. Bu dəyişikliklər vaxtında edilməsə, bu dəfə gözləntilər məyusluğa çevrilə bilər", deyə hökumət dairələrinə yaxın qəzetin köşə yazarı Abdulkadir Selvi qeyd edib.

Qeyd edək ki, martın 31-də Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. İlkin məlumatlara görə, müxalif Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) son 20 ildə ilk dəfə hakim Ədalət və İnkişaf Partiyasına qalib gəlib.

Poliqon.info