Yermak: Ukrayna üçün kritik məqam yaxınlaşıb...

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, ABŞ Konqresinin hərbi yardım paketini təsdiqləmədiyi təqdirdə Ukrayna tezliklə “kritik an”a yaxınlaşacaq...

Poliqon xəbər verir ki, Zelenskinin ofisinin rəhbəri bu barədə Politico qəzetinə müsahibəsində bildirib. Yermak paketin apreldə təsdiqlənməsinin Ukrayna üçün çox vacib olduğunu vurğulayıb.

“Bizim üçün problem artıq başlayıb. Mən vurğulamaq istərdim ki, indi kritik məqamdır. Paketin bu ay təsdiqlənməsi çox vacibdir”, deyə Andrey Ermak Politico-ya müsahibəsində bildirib.

“Mən həqiqətən ümid edirəm ki, Amerikanın yardım paketi bu ay təsdiqlənəcək, çünki Ukrayna kritik məqama yaxınlaşır. Bizə hələ də ciddi şəkildə əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyac var, çünki onlarsız hava məkanımızı qorumaq mümkün deyil”, deyə Ukrayna prezidentinin ofisinin rəhbəri bildirib. Yermakın sözlərinə görə, Ukraynanın hava hücumundan müdafiə sistemlərindən əlavə, “Patriot” zenit-raket sistemləri üçün raketlərə də “kritik ehtiyacı” var.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Ukraynaya yardım haqqında qanun layihəsinə baxılması aprelin 9-da başlaya bilər.

Qeyd edək ki, bu il Ukrayna ABŞ-dan cəmi 300 milyon dollarlıq yardım paketi alıb. 60 milyard dollarlıq paket təsdiqini gözləyir.

Poliqon.info