Ekvador Meksika səfirini ölkədən qovub

Meksika prezidenti Andres Manuel Lopez Obradorun 2023-cü il seçkiləri öncəsi ölkədəki vəziyyətlə bağlı açıqlamalarına görə Ekvador bu ölkənin səfirini ölkədən çıxarıb, həmçinin onu persona non-qrata elan edib...

Poliqon xəbər verir ki, bu barədə Ekvador Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Meksika prezidenti Andres Manuel Lopez Obradorun 2023-cü ildə Ekvadorda keçirilən seçkilər və prezidentliyə namizəd Fernando Villavisensionun öldürülməsi ilə bağlı son dərəcədə təəssüf doğuran bəyanatları kontekstində Ekvador hökuməti Meksika səfiri xanım Rkel Serur Smekenin persona-non-grata elan edilməsi haqqında qərar qəbul edib", deyə Meksika XİN bildirib.

Fernando Villavisensio 2023-cü ildə seçki kampaniyası mitinqindən sonra öldürülüb. Eyni zamanda, siyasətçi kampaniyasını mafiyaya qarşı - ilk növbədə Meksikanın Sinaloa narkokartelinə qarşı mübarizə ətrafında qurub. Villavisensio özü kartel üzvlərinin onu zorakılıqla hədələdiyini iddia edib.

Poliqon.info