NATO liderlərinin Ukraynanın üzvlük məsələsi ilə bağlı qəbul etdiyi qərar məlum olub

NATO liderləri iyulda keçiriləcək sammitdə Ukraynanı alyansa qoşulmağa dəvət etməyəcəklər...

NATO liderləri iyulda keçiriləcək sammitdə Ukraynanı Şimali Atlantika Alyansına üzv olmağa dəvət etməyəcəklər.

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Nəşrinyazdığına görə, blokun nümayəndələri alyansın 75 illiyinə həsr olunmuş tədbirlərdə bunun baş verməyəcəyi ilə razılaşıblar.

“NATO-nun kollektiv təhlükəsizlik müqaviləsinə uyğun olaraq bloku 1945-ci ildən bəri Avropada ən böyük quru müharibəsinə sürükləyəcək yeni üzvü qəbul etmək arzusu yoxdur”, deyə NYT yazır.

Qeyd edək ki, yubiley tədbirindən əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbi Kiyevin NATO-ya inteqrasiyası üçün yeni addımlar təklif etməyə çağırıb. Kulebanın sözlərinə görə, onun ölkəsi hərbi-siyasi bloka daxil olmaq hüququ qazanıb. Eyni zamanda, Estoniya Ukraynanın cəbhədəki problemlərini nəzərə alaraq Kiyevin NATO-ya üzvlüyünü prioritet hesab edib.

Poliqon.info