Vətən müharibəsindən sonra 350 nəfər minaya düşüb, onlardan 65-i həlak olub

Vətən müharibəsindən sonra 350 nəfər minaya düşüb, onlardan 65-i həlak olub...

"Report" xəbər verir ki, bunu Azərbaycan Minatamizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, mina hadisələrinin dinamikası azalma üzrə gedir: "Mina qurbanlarının 70 faizdən çoxu mülki şəxslərdir. Onların arasında bütün yaş kateqoriyalarından insanlar var".

V.Süleymanov bildirib ki, ümumilikdə Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir:

"Həmin şəxslərdən 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadındır".

Poliqon.info