İsrailli nazir virtual görüş zamanı Blinken və Sallivanın üstünə qışqırıb...

İsrailin strateji işlər naziri Ron Dermer İsrailin Qəzza zolağında Rəfahda quru əməliyyatı planlarını müzakirə etmək üçün virtual görüş zamanı Amerika nümayəndə heyətinə səsini qaldırıb...

Poliqon xəbər verir ki, bu barədə NBC News telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Amerika tərəfi İsrailin sanitar şərait və lazım olan qida və su miqdarını nəzərə almadan 1,4 milyon fələstinli mülki vətəndaşı Rəfahdan təxliyə və çadırlarda yerləşdirmək planını şübhə altına aldıqdan sonra görüş gərginləşib. "NBC News" mənbələrindən biri Dermerin İsrailin planını müdafiə edərkən "qışqıraraq qollarını yellədiyini" deyib.

"Görüşdə iştirak edən Amerika rəsmiləri, o cümlədən milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və dövlət katibi Entoni Blinken sakit qaldı və cavab vermədilər", deyə mənbə bildirib.

Nəşrin həmsöhbətləri qeyd ediblər ki, israilli nazirin bu cür davranışı çoxdan ABŞ-dan olan həmkarları ilə görüşlərdə adi hal alıb. Eyni zamanda, İsrail tərəfi görüşün bu təsvirinin reallığa uyğun olmadığını iddia edir.

Bundan əvvəl "Axios" informasiya portalı ABŞ və İsrailin Rəfahda quru hərbi əməliyyatı keçirmək üçün danışıqlar apardığını, lakin fikir ayrılıqları səbəbindən razılığa gələ bilmədiyini bildirmişdi.

Martın 31-də İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, ölkədə erkən seçkilərin keçirilməsi ölkəni iflic vəziyyətinə salacaq və HƏMAS girovlarının azad edilməsi ilə bağlı danışıqları 6-8 aya donduracaq.

Poliqon.info