İranın Ali Rəhbəri İsrailə ivrit dilində təhdidlərlə müraciət edib

Poliqon xəbər verir ki, İran liderinin müraciəti X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Allahın köməyi ilə biz sionistləri İranın Dəməşqdəki konsulluğuna qarşı təcavüz cinayətindən tövbə etməyə məcbur edəcəyik”, deyə mesajda bildirilir.

Qeyd edək ki, bundan əvvəl “İsrailinfo” qəzeti İranın yaxın 48 saat ərzində İsrailə hücum etməyi planlaşdırdığını yazıb. Nəşrin yazdığına görə, hücum İsrail hərbçilərinin İranın Suriyadakı konsulluğuna endirdiyi hava hücumuna cavab olaraq həyata keçiriləcək. ABŞ-ın hazırkı və keçmiş rəsmiləri hazırkı vəziyyətin gərginliyin yeni mərhələsinə çevrilə biləcəyindən ehtiyat edirlər.

Xatırladaq ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki səfirliyinin yanındakı binaya zərbələr endirib. Hücum nəticəsində ikisi SEPAH generalı olmaqla 7 hərbiçi həlak olub.

Poliqon.info