İranda polis məntəqələrinə terror hücumu nəticəsində 3 təhlükəsizlik işçisi həlak olub

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Rask və Çabahar şəhərlərində terrorçular polis məntəqələrinə hücum ediblər...

Poliqon xəbər verir kİ, bu hücumlar zamanı üç təhlükəsizlik qüvvəsi öldürülüb.

Əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Alireza Marhamati deyib ki, Çabaharda hücum təxminən axşam saat 22 radələrində baş verib. Bir neçə cinayətkar öldürülüb və ya yaralanıb. Raskda polis məntəqəsinədaxil olmaq cəhdinin qarşısı alınıb.

Qubernator müavini qeyd edib ki, terrorçular İran İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahına daxil olmağı planlaşdırırıblar və onların qarşısı hüquq-mühafizə orqanları əməkdaşları ilə atışma ilə alınıb.

İranda polis məntəqələrinə hücumla bağlı məsuliyyəti “Ceyş əl-Ədl” terror qruplaşması öz üzərinə götürüb.

Qubernator müavini deyib ki, bu terror təşkilatənın İsraillə əlaqələri var. İslamçı yaraqlı təşkilat əsasən İranın Əfqanıstan və Pakistanla sərhəddə yerləşən cənub-şərqində fəaliyyət göstərir.

Poliqon.info