Kreml Rusiya prezidentin saytında Putinin tərcümeyi-halını dəyişəcək

Peskov: Ekspertlər prezidentin saytında Putinin tərcümeyi-halına yeni məlumatlar əlavə edəcəklər...

Rusiya prezidenti Vladimir Putinin şəxsi saytındakı tərcümeyi-halı yaxın vaxtlarda dəyişdirilə bilər.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov Putinin şəxsi səhifəsində məlumatların yenilənib-yenilənməyəcəyi ilə bağlı suala “Bəli, əlbəttə ki, dəyişiləcək”, deyə cavab verib.

Qeyd edək ki, hazırda Kremlin saytında Putinin şəxsi və peşəkar tərcümeyi-halı 2018-ci ildə yenidən seçilmə anında başa çatır. Peskov qeyd edib ki, tezliklə onun bioqrafiyası son dönəmin əsas hadisələri ilə bağlı məlumatlar, həmçinin yeni təkrar seçkilərlə bağlı məlumatlar ilə tamamlanacaq.

Qeyd edək ki, martın 15-dən 17-dək Rusiyada prezident seçkiləri keçirilib.

Poliqon.info