Türkiyə polisi iki Ermənistan vətəndaşını həbs edib...

Türkiyə polisi qaçaqmalçılıqda şübhəli bilinən iki erməninin ayaqqabılarından qızıl tapıb...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Qars polisinin qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları iki erməninin ayaqqabısından qızıl tapıblar.

Türkiyə polisi şübhəli iki şəxsin üzərində axtarış zamanı onların ayaqqabılarından 1 kq,51qram ağırlığında qızıl külçələr aşkar edib.

Qeyd olunur ki, şübhəlilər Ermənistandan Türkiyəyə gəliblər. Onların barələrində cinayət işi başlanıb.

Poliqon.info