Rusiya rəsmisi “Krokus”da terror aktına görə Ukrayna və ABŞ-ı ittiham edib

Nikolay Patruşev: “Krokus”da terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır və onlara ABŞ nəzarət edir...

Poliqon xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ŞƏT-ə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin 19-cu illik toplantısında deyib.

Rusiya rəsmisi qeyd edib ki, Moskva yaxınlığındakı “Krokus Siti Holl”da törədilən terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır, lakin Kiyev rejiminin tamamilə ABŞ-ın nəzarətində olduğu hamıya məlumdur.

“Onlar bizə sırımağa çalışırlar ki, terror aktı Kiyev rejimi tərəfindən deyil, radikal islam ideologiyasının tərəfdarları, ola bilsin ki, İŞİD-in Əfqanıstan qolunun üzvləri tərəfindən törədilib”, deyə Patruşev vurğulayıb.

Rusiya Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, bu iyrənc cinayətin sifarişçisi və sponsorunun kim olduğunu tez bir zamanda müəyyən etmək daha vacibdir.

“Terror aktının izləri Ukrayna xüsusi xidmət orqanlarına aparır. Amma hamı bilir ki, Kiyev rejimi müstəqil deyil və tamamilə ABŞ tərəfindən idarə olunur. Onu da nəzərə almaq lazımdır ki, İŞİD, “Əl-Qaidə” və digər terror təşkilatlarını Vaşinqton yaradıb”, deyə Patruşev bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi xatırladıb ki, kütləvi qətli törədən cinayətkarlar, eləcə də onların ortaqları Ukrayna ərazisində keçid üçün “pəncərə” hazırlanarkən Rusiya dövlət sərhədini keçməyə cəhd edərkən həbs ediliblərXatırladaq ki, martın 22-də axşam saatlarında Rusiyanın “Piknik” musiqi qrupunun çıxışı başlamazdan əvvəl “Krokus Siti Holl”un konsert zalına terrorçular atəş açıblar. Daha sonra binada yanğın baş verib. Son məlumatlara görə, terror aktı nəticəsində 144 nəfər həlak olub.

Poliqon.info